“Twitter” tezliklə “ödənişli videolar” funksiyasını işə sala bilər.
"Unikal"ın məlumatına görə, bu məsələ hazırda şirkət daxilində ciddi müzakirə olunur.
Oktyabrın 28-də “Twitter”in rəsmi yeni sahibi İlon Musk mavi işarə nişanında ilk böyük dəyişikliyini edəcəyini açıqladı. Təsdiq edilmiş hesablara verilən nişan üçün aylıq 8 dollar ödəniş tələb olunsa da, bu gün həm mavi işarə, həm də yeni xüsusiyyət haqqında xəbərlər gəldi.
“Twitter” istifadəçilər üçün “ödənişli videolar” paylaşmaq üçün yeni funksiya hazırlayır. Bu funksiyanın bir hissəsi olaraq, digər istifadəçilər videoları izləmək üçün müəyyən ödəniş etməli olacaqlar.