İran Xarici İşlər Nazirliyi kanadalı bir qurum və bir neçə şəxsə qarşı sanksiyalar elan edib.
"Unikal" xəbər verir ki, nazirlik açıqlamasında bildirib ki, Mücahidin Xalq Terror Təşkilatına (MKO) dəstək verdiyi və İran xalqına qarşı terroru və zorakılığı təşviq etdiyi üçün səkkiz şəxs və bir quruma sanksiya tətbiq edilib.
Bildirilib ki, "qara siyahı"ya salınan şəxslər və qurumlar İrana qarşı yanlış məlumatlar yayıb, ölkə xalqına qarşı amansız sanksiyaların gücləndirilməsinə kömək ediblər.
Bəyanata görə, hədəfə alınanlara İrana giriş vizası verilməyəcək, onların İran ərazisindəki aktivləri dondurulacaq və bank hesabları İranın bank və maliyyə sistemində bloklanacaq.
İranın qara siyahısında olan şəxslər və qurumlara Kanadanın İctimai Təhlükəsizlik Naziri Marko Mendiçino, Milli Müdafiə Naziri Anita Anand, Müdafiə Qərargahının rəisi Ueyn Donald Eyre, eləcə də Kral Hərbi Hava Qüvvələrinin komandanı Erik Kenni və başqaları daxil edilib.
Ağarza Elçinoğlu