Kreml Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin ölkədə ölüm hökmünün qaytarılması ilə bağlı çağırışına münasibət bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, bu mövzunun hələ Kremldə müzakirə olunmadığını açıqlayıb: "Hazırda heç bir müzakirə aparılmır".
Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi Komitəsinin rəhbəri Andrey Klişas Rusiyada mövcud Konstitusiyaya əsasən ölüm cəzasına qayıtmağın qeyri-mümkün olduğunu bildirib.
Ağarza Elçinoğlu