Rusiya Ukrayna ilə yeni hərbi əsir mübadiləsi aparacaq.
"Unikal" xəbər verir ki, bu barədə özünü elan edən Donetsk Xalq Respublikasının (DXR) rəhbəri vəzifəsini icra edən Denis Puşilin özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, mübadilə əsasında hər iki tərəfdən 107 hərbçi dəyişdiriləcək.
"Bu gün biz 107 döyüşçümüzü Ukrayna zindanlarından geri qaytarırıq. Biz Ukraynaya yenə eyni sayda məhbus veririk. Azad edilənlərin ümumi sayından 65 nəfəri Donetsk və Luqansk Xalq Respublikalarındandır", - deyə o bildirib.
Rayon rəhbəri planlaşdırılan mübadilənin vaxtını və yerini deməyib.
Ağarza Elçinoğlu