Ukrayna Parlamenti 2023-cü ilin dövlət büdcəsini ikinci oxunuşda və bütövlükdə qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak məlumat verib.
Büdcənin qəbulunun 295 deputat lehinə, 35 nəfər bitərəf, 0 nəfər əleyhinə səs verib.
Bu, Ukrayna tarixində dövlət büdcəsinin ən erkən qəbulu üçün rekord göstəricidir.
"İndi ümid edirik ki, beynəlxalq tərəfdaşlar bizim punktuallığımızı qiymətləndirəcək və vəd edilmiş, həm də rekord, 38 milyard dollarlıq kəsiri tam şəkildə maliyyələşdirəcəklər", - deputat bildirib.
Ağarza Elçinoğlu