Tehranda bir ABŞ dollarının satış qiyməti 34 min İran rialına (1.41 manat) çatıb.
"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, bu rəqəm İran tarixində rekorddur.
İran Mərkəzi Bankı öz nəzarəti altında olan rəsmi birjalar şəbəkəsində dollar təklifinin rəsmi məzənnəsini müəyyən edilmiş qiymətdən cəmi 20 tümən yüksək olan 28 min 984 tümən müəyyən etdiyi halda, Tehranın Azad Bazarında bu rəqəm xeyli artıb.
Ağarza Elçinoğlu