Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində hərəkətdə olan "BakuBus" MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq hərəkətləri edən "Toyota Corolla" markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Bu barədə "Unikal"a DİN-dən məlumat verilib. Məlumata görə, sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin edilib.