İran prezidenti İbrahim Rəisi Avropanı narkotik maddələrin ötürülməsi ilə təhdid edib
"Unikal" xəbər verir ki, İran prezidenti İbrahim Rəisi İranın narkotik maddələrin ticarəti və tranzitinin qarşısının alınmasındakı rolu barədə iddialar səsləndirib.
"İran narkotik ticarəti ilə effektiv şəkildə məşğul olmasa, Avropa və Qərb ölkələri ənənəvi və sənaye narkotikləri ilə həddindən artıq məşğul olmalı olacaqlar",-deyə, İran prezidenti Avropanı təhdid edib.
Qeyd edək ki, Qarabağın işğalı zamanı İran İnqilab keşikçiləri Korpusu (SEPAH) bu bölgədən narkotik maddələrin Avropaya tranzit məkanı kimi istifadə edirdi.
Azərbaycanın İranla sərhəddə işğal olunmuş bölgələrinin azad edilməsindən sonra Türkiyə sərhədçiləri və jandarma qüvvələrinin İrana bağlı narkotacirləri və qruplarının aşkarlanması halları bir neçə dəfə artıb.
Gültəkin Ələsgər