Çexiya parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb.
"Unikal" xəbər verir ki, bu barədə yerli “Ceske Noviny” qəzeti məlumat yayıb.
Məlumata görə, qanunverici orqan Rusiya Federasiyasını terrorçuluğu himayə edən dövlət kimi tanıyan müvafiq qətnamə qəbul edib.
Bundan əvvəl Estoniya və Polşa parlamentləri də Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanımışdı.