Birləşmiş Millətlər Təşkilatının ( BMT ) Təhlükəsizlik Şurasındakı ABŞ nümayəndələri  Şimali Koreyanın qitələrarası ballistik raketi sınaqdan keçirdiyi iddia edilən yeni raket buraxılışları ilə bağlı təcili iclas çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. 

Nəşr qeyd edir ki, diplomatların Şimali Koreya mövzusunda təcili görüş təklifi Böyük Britaniya, Fransa, Albaniya, İrlandiya və Norveç nümayəndələri tərəfindən dəstəklənib .

Birləşmiş Ştatlar həmçinin Şimali Koreyanın yeni raket atışlarını Koreya yarımadasındakı vəziyyəti gərginləşdirmək üçün şüurlu qərar kimi nəzərdən keçirməyə çağırıb.

Bundan əvvəl  Pentaqon ABŞ və Cənubi Koreyanın KXDR-dən gələn nüvə və raket təhdidlərini dəf etmək üçün hazırlıqları gücləndirəcəyini bildirmişdi. Yaponiya Xarici İşlər Nazirliyinin Asiya Departamentinin direktoru  Takehiro Funakoşi ,  ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Son Kim və Cənubi Koreya Xarici İşlər Nazirliyinin yarımadada sülh üzrə xüsusi nümayəndəsi Kim Qon  Pxenyanı birlikdə pisləyiblər . 

Gültəkin Ələsgər