Litvanın müdafiə naziri Arvydas Anusauskas beynəlxalq ictimaiyyəti Rusiya tərəfinə silah tədarükü ilə bağlı İranı təcrid etməyə çağırıb.

"Unikal" xəbər verir ki, nazir bu barədə “Ziniu radijas” radiostansiyasının efirində bildirib.

“İrana qarşı tətbiq edilən sanksiyalara müharibənin bu dolayı iştirakçısını aradan qaldıracaq sanksiyaları da əlavə etmək lazımdır”, - Anusauskas deyib.

Onun sözlərinə görə, İran öz hərbi texnologiyası və silahları ilə " Ukraynanın mühüm infrastrukturunun məhvinə töhfə verib".

Litvanın müdafiə departamentinin rəhbəri deyib: “Bu faktlar İranın bir vaxtlar nüvə proqramına görə beynəlxalq ictimaiyyətdən təcrid olunması üçün kifayətdir”.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian daha əvvəl bəyan etmişdi ki, Tehran Ukraynadakı münaqişə tərəflərinə silah göndərmir. Onun sözlərinə görə, İranın xarici siyasəti hərbi əməliyyatları rədd etmək üzərində qurulub. Bundan əlavə, Abdullahianın sözlərinə görə, Tehran dəfələrlə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu bildirib.

Gültəkin Ələsgər