İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf İrəvana səfər edəcək. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Mətbuat xidməti yayıb. 

Lakin səfərin tarixi açıqlanmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl İran XİN rəhbəri Qalibafın tezliklə Azərbaycana səfər edəcəyi bildirilmişdi. Bu gün isə Qalibafın Azərbaycana gözlənilən səfərinin təxirə salındığı məlum olub. Səfərin təxirə salınmasının səbəbi isə açıqlanmayıb.