"Rusiya Ukraynalı mülki əhalinin hər gün əziyyət çəkdiyi təcavüzünü dərhal dayandırmalı və Ukraynanı tərk etməlidir". 

"Unikal" xəbər verir ki, bunu Çində səfərdə olan Almaniya kansleri Olaf Şolts yerli KİV-lərə müsahibəsində  deyib.  

O, jurnalistlərə  açıqlamasında Çin Xalq Respublikasının rəhbəri ilə nüvə silahını təhdidlərin məsuliyyətsiz və son dərəcə təhlükəli olması barəsində fikir mübadiləsi apardığını deyib. 

“Rusiya nüvə silahından istifadə etməklə dünya ölkələrinin birlikdə çəkdiyi “qırmızı xətti” keçəcək”, - kansler bildirib.

O, həmçinin xatırladıb ki, BMT Baş Assambleyasında dünya ictimaiyyətinin əksəriyyəti Rusiyanın Ukrayna ərazilərinin bir hissəsini ilhaq etmək cəhdlərini pisləyib, onlar heç vaxt qondarma referendumların “nəticələrini” qəbul etməyəcəklər.

Gülayə  Mecid