Kostromada "Polyqon " kafesində baş verən yanğın zamanı  Dj Aster kimi tanınan yerli DJ İvan Şkalov ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Telegram 112 kanalı məlumat yayıb .

“Poliqon”da yanğın noyabrın 5-nə keçən gecə baş verib.

Son məlumatlara görə , gecə klubunda baş verən yanğında 15 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb. Baş verən yanğında ölənlərin əksəriyyətinin cəsədləri siqaret çəkən otaqda, yardım otağında və tualetlərin yaxınlığında aşkar edilib.

İlkin məlumata görə, müəssisədə yanğından əvvəl dava olub. Münaqişə nəticəsində ziyarətçilərdən biri məşəldən atəş açıb və nəticədə klubda yanğın baş verib. Yanğın 3,5 min kvadratmetr ərazini əhatə edib.  

13:43

Rusiya hüquq-mühafizə orqanları Kostromada "Poliqon" gecə klubunda baş vermiş yanğının səbəbkarını saxlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. 

"Polis əməkdaşları Kostroma şəhərindəki əyləncə məkanlarından birində yanğın və insanların ölümü ilə nəticələnən qanunsuz hərəkətdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar", - açıqlamada deyilir.

Qeyd olunub ki, Kostroma klubunda baş verən yanğının səbəbkarı olduğu iddia edilən şəxs istintaq orqanlarına təhvil verilib.

Oonu da deyək ki, yanğın nəticəsində 15 nəfər ölüb, 5 nəfər yaralanıb. 4 nəfərdən isə hələ də bir xəbər yoxdur. 

Ağarza Elçinoğlu 

xxx

11:23

Rusiyanın Kostroma şəhərində "Poliqon" əyləncə mərkəzində baş verən yanğında  15 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Kostroma vilayətinin fövqəladə hallar idarəsi məlumat yayıb.

xxx

10:19

Xəbər verdiyimiz kimi, Rusiyanın Kostroma şəhərinin "Poliqon" əyləncə mərkəzində güclü yanğın baş verib. 

"Unikal"ın TASS-a istinadən verdiyi xəbərə görə, ölənlərin sayı 13 nəfərə çatıb. 

Fövqəladə hallar xidmətindən bildirilib ki, daha dörd nəfər yaralanıb.

Yanğın nəticəsində insanların ölməsi faktı ilə bağlı ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

xxx

09:51

Rusiyanın Kostroma şəhərindəki əyləncə mərkəzində baş verən yanğında ölənlərin sayı 8 nəfərə çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Təcili yardım xidmətləridən məlumat verilib. 

Məlumata görə, yanğına pirotexniki vasitələrdən istifadə səbəb olub: "Yanğın ovçu-raket qurğusunun buraxılmasından sonra başlayıb". 

Hüquq-mühafizə orqanları əlavə edib ki, raketatandan istifadə edən müştəri axtarışa verilib.

Ağarza Elçinoğlu 

xxx

08:39

Rusiyanın Kostroma şəhərində yerləşən əyləncə mərkəzlərinin birində baş verən güclü yanğın beş nəfərin ölümünə səbəb olub.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın noyabrın 5-nə keçən gecə baş verib və 3,5 min kvadratmetr ərazini əhatə edib.

Yanğına beş ballıq şkala ilə 3-cü dərəcəli çətinlik dərəcəsi verilib.