Bu günlərdə Yuxarı Şorca yaşayış mənətqəsi istiqamətində yerləşən Ermənistan ordusunun bölmələrindən birinin döyüş mövqeyində güclü yanğın olub.

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, gecə saatlarında silah-sursat saxlanılan “vaqon-konteynerdə” baş verən yanğın zamanı partlayş müşahidə olunub.

Partlayış nəticəsində bir neçə erməni hərbçi yaralanıb, tikili və silah-sursat yararsız hala düşüb.

Hadisədən dərhal sonra döyüş mövqeyiynə bir neçə yanğınsöndürən və təcili tibbi yardım maşını gəlib. Xəsarət alan hərbçilər hospitala yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Anar Kəlbiyev