Seulda ötən həftə Hellouin izdihamı zamanı ölən 156 nəfərin xatirəsini yad etmək üçün minlərlə insan şəhər meriyasının yaxınlığında toplaşıb.

"Unikal" "The Guardian"a istinadən xəbər verir ki, Xristian və Buddist liderlər çıxış edərək, prezident Yoon Suk-Yeolun istefasını tələb ediblər. 

"Bunun qarşısını almaq olardı, dövlət yox idi. Onları xilas etmək olardı, Yoon Suk-yeol məsuliyyəti öz üzərinə götürməlidir", - etirazçılar bildirib. 

Cənubi Koreyanın hüquq-mühafizə orqanları kifayət qədər təhlükəsizlik planlamasının olmadığını etiraf edib və müxalifət siyasətçiləri hökuməti fəlakətə görə məsuliyyəti öz üzərinə götürməməkdə ittiham ediblər.

Ağarza Elçinoğlu