ABŞ-ın Merilend ştatında fərdi yaşayış evində baş verən atışma nəticəsində 5 nəfər ölüb.

"Unikal" xəbər verir ki, ABŞ-ın Charles County Polisinin Twitter-də verdiyi məlumata görə, fərdi yaşayış evindən silah səslərinin eşidilməsi ilə bağlı telefon zəngi ilə hərəkətə keçən polis evdə olan 5 nəfərin cansız bədəni ilə rastaşıb.

Polis paytaxt Vaşinqtonun təxminən 55 kilometrliyindəki La Plata bölgəsində baş verən silahlı hücumda həyatını itirənlərin hamısının böyüklər olduğu barədə məlumatı paylaşıb.

Hadisənin təfərrüatlarını araşdıran polis 5 nəfər arasında qohumluq əlaqələrinin müəyyən edilməsi üçün araşdırmaya başlayıb.