Kosovo ROSU polisinin xüsusi təyinatlıları serblərin məskunlaşdığı Kosovska Mitrovitsa şəhərinə doğru irəliləyib.

"Unikal" xəbər verir ki, bu barədə Serbiyanın "Veçerne Novosti" qəzeti məlumat yayıb.  

Eyni zamanda "Koha Ditore" nin Kosovo nəşri bir neçə polis zirehli maşınının şəhərin küçələrində hərəkətini əks etdirən kadrlar dərc edib.

Noyabrın 1-də Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bildirib ki, polis Serbiya nömrələrinin sahiblərini cəzalandırmağa başlayan Kosovodakı vəziyyətlə əlaqədar ölkənin silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Gülayə Mecid