"Arzum dünya və Avropa çempionatlarının final mərhələsinə təyinat almaqdır".
"Unikal" reporta istinadən xəbər verir ki, bunu müsahibəsində Azərbaycanın FIFA referisi Əliyar Ağayev deyib.
35 yaşlı ədalət təmsilçisi bunu futbolçularla birlikdə hakimlərin də istədiyini bildirib: "Amma çalışmaq lazımdır. Çalışmadan arzulamaq arzu olaraq qalacaq. Üzərimizdə işləsək, bizə də şans yarana bilər. Əminliklə Avropa və dünya çempionatlarında olacağımı deyə bilərəm. Bir sözlə, işləmək lazımdır".
Əliyar Ağayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.