İran Amerika istehsalı olan silahların böyük partiyasını müsadirə etdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, Şərqi Azərbaycan Əyalətinin Sərhəd Mühafizə Xidmətinin komandiri briqada generalı Məhəmməd Əhmədi odlu silahlar üçün xeyli miqdarda döyüş sursatı ələ keçirildiyini və silah alverçisinin həbs edildiyini bildirib.

Onun sözlərinə görə, bu odlu silah sursatlarının ölkə daxilində təxribat aktları üçün istifadə edilməsi ehtimalı var. O, silah alverçisinin odlu silahlar üçün döyüş sursatı istehsalına lazım olan xammalın böyük partiyasını daşıdığını bildirib

O, Culfa sərhəd rayonunda həbs edilib. 

Gültəkin Ələsgər