Hindistanın paytaxtı Yeni Dehlidə hava çirkliliyinin təhlükəli həddə çatması səbəbindən məktəblər və bəzi iş yerləri bağlanıb.

"Unikal" xəbər verir ki, yerli medianın məlumatına görə, Hava Keyfiyyəti İndeksi (AQI) 500-dən 470-ə qədər yüksəlib.

Bildirilib ki, Dehlidə ətraf ştatlarda küləş yandırılması və avtomobillərin tullantılarının səbəb olduğu çirklənmə təhlükəli həddə çatıb.Dehlidə nəfəs almaqda çətinlik kimi şikayətlərlə xəstəxanalara müraciət edənlər olub. Bu arada şəhər sakinləri uşaqların məktəbə getmək üçün hər gün evdən çıxmaq məcburiyyətində qalaraq təhlükəli hava ilə nəfəs aldıqlarını qeyd edərək, rəsmiləri təhsili dayandırmağa çağırıblar. Sosial media istifadəçiləri də rəsmilərdən Dehlidəki məktəblərin müvəqqəti bağlanmasını tələb ediblər.

Digər tərəfdən, Dehlidə hava çirkliliyini artırmamaq üçün bir çox tikinti dayandırılıb. Səlahiyyətlilər isə vətəndaşlardan kömürdən istifadəni azaltmağı xahiş edib.

Gültəkin