Bazar günü sərnişin təyyarəsi Bukoba hava limanında eniş etmək istəyərkən Tanzaniyanın şimalında Viktoriya gölünə düşüb.

"Unikal" xəbər verir ki, Tanzania Business Insight  yaydığı məlumata görə,  Fransa-İtaliya istehsalı olan ATR 42-500 turbovintli təyyarə gölə düşüb. O, 48 sərnişin üçün nəzərdə tutulub.

Tanzaniyanın ən böyük özəl hava yolu şirkəti Precision Air-ə məxsus təyyarə ölkənin ən böyük şəhəri Dar əs Samaladan havaya qalxıb. Eniş zamanı Bukoba hava limanının yaxınlığında güclü külək olub. 

15 nəfərin xilas edildiyi qeyd edilir. Təyyarənin göyərtəsində neçə sərnişin və ekipaj üzvü olduğu hələlik məlum deyil. Xilasedici qayıqlar hadisə yerindədir.

Gültəkin