Səudiyyə Ərəbistanının Kral Hava Qüvvələrinə məxsus olan F-16S qırıcı təyyarəsi təlim uçuşları zamanı Kral Əbdüləziz Hərbi Bazası yaxınlığında qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinin sözçüsü general Turli Al Malki məlumat verib.

O bildirib ki, təyyarənin iki zabitdən ibarət olan ekipajı tullayıcı oturacaqların işə düşməsi nəticəsində sağ qalıb.

Nazirliyin sözçüsü qeyd edib ki, qəzanın səbəblərinin müəyyən etmək məqsədilə təhqiqat aparılır.