Azərbaycanda şagird özünü asıb.

"Unikal" Lent.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Muğancıq Mehrab kəndində qeydə alınıb. Burada yaşayan 12 yaşlı Q. A. özünü öldürüb.

Məlumata görə, şagird 6-cı sinifdə təhsil alırmış. Onun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müddət öncə də həmin kənddə məktəbli özünü asaraq həyatına son qoyub.