Fransa prezidenti Emmanuel Makron, Türkiyə, Çin və Rusiyanı Afrikada imperialist güc olmaqda ittiham edib. 
"Unikal"
xəbər verir ki, Misirdə təşkil olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında (COP-27) konfrans öncəsi jurnalistlərin suallarını cavablandıran Makron, Fransanın Afrika qitəsilə münasibətdə çətin dövr keçirdiyini bildirib.

Fransanın Afrika qitəsindəki müstəmləkə keçmişi üçün Makron, "Keçmişin müstəmləkə ağırlığı bizim çiyinlərimizdədir" deyə bildirib"

Digər tərəfdən Fransa prezidenti iddia edib ki, son vaxtlar Afrikanın bəzi ölkələrində Fransa əleyhinə əhval-ruhiyyə artıb və bunun əsas səbəbi Rusiya da daxil olmaqla bir neçə ölkə tərəfindən maliyyələşdirilən sosial media istifadəçiləri və aktivistlərdir:

"Çinlilər, ruslar, türklər Afrikada fransızlardan, yoxsa başqalarından yaxşıdır? Onlar bunu bizdən 10 dəfə pis edirlər", - Makron bildirib. O, bu ölkələri müstəmləkəçi və imperialist güclər olmaqda ittiham edib.