Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova gələn həftə keçiriləcək G20 Liderlər Sammitində Türkiyə ilə qaz əməkdaşlığının inkişafı, taxıl və gübrə təchizatının təşkili ilə bağlı bir sıra xüsusi təşəbbüslərin elan edilməsinin planlaşdırıldığını açıqlayıb.

"Unikal" xəbər verir ki, G20 sammitində Rusiya nümayəndə heyətinin planlarından danışan Zaxarova, Rusiya ilə Türkiyə arasında təbii qaz və taxıl müqavilələrinin inkişaf etdirilməsi məqsədinin həyata keçiriləcəyini bildirib.

"Rusiya kommersiya və humanitar əsasda xarici bazarlara ərzaq məhsulları və enerji resurslarının etibarlı təchizatçısı olmağa hazır olduğunu təsdiq edəcək, lakin hər cür qiymət və digər xarici təzyiqləri rədd edəcək. Bu kontekstdə Türkiyə ilə qaz əməkdaşlığının inkişafı, taxıl və gübrə tədarükünün təşkili və bir sıra xüsusi təşəbbüslərin elan edilməsi planlaşdırılır””, - deyə Zaxarova bildirib.

Gültəkin Ələsgər