"Ermənistan Avropaya inteqrasiyanın dərinləşməsi səbəbindən hava məkanını Rusiyaya bağlaya bilər".
"Unikal" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
Overçuk xatırladıb ki, Avropa İttifaqı öz hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.
"Ermənistan da öz səmasını bağlayacaqmı? Yaxşı, əgər siz Avropa İttifaqına daxil olsanız, onda bəli, çünki Brüssel sizə göyləri bağlayacağınızı deyəcək - siz də səmanı bağlayacaqsınız və başqa seçiminiz olmayacaq", - rəsmi qeyd edib.
Gülayə Mecid