“Azərbaycanın xarici ölkələrdə yeni səfirliklərinin açılması məsələsinə baxmalıyıq”.

"Unikal" xəbər verir ki, bunu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, səfirliklərin sayı və xarici ölkələrlə əlaqələr genişlənməlidir:

"Vaxt gəlib çatıb ki, Azərbaycanın xaricdə yeni səfirliklərin açılması ilə bağlı siyahıya yenidən baxaq. Araşdırmalıyıq ki, hansı ölkələrdə yeni səfirliklərin açılmasına ehtiyac var”.