Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı ikitərəfli münasibətlər müzakirə edilib.

Oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün yekunu olaraq qəbul edilən bəyanat xüsusi vurğulanıb.

Görüşdə Aİ-nin Ermənistandakı müşahidə missiyasının və ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyasının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.