Tehranda İranın ali dini lideri Əli Xamneyinin bunkerinin yerləşdiyi güman edilən ərazidə güclü partlayış qeydə alınıb.

"Unikal" xəbər verir ki,  bu barədə  "Al Jazeera" telekanalı məlumat yayıb. 

Vəziyyətlə bağlı əlavə məlumat verilməyib.

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməklə “Am Kelavı" əməliyyatına başlayıb. İran İsraildəki hərbi obyektləri vuraraq “Doğru vəd 3” əməliyyatı ilə cavab verdi. Hər iki ölkədəki tətillər zamanı yüzlərlə insan yaralanıb. İran və İsrail bir-birinə hücumlarını davam etdirir.

Gülayə Mecid