"Türkiyə bənzərsiz bir qonşudur. Bilin ki, NATO müttəfiqi və bölgədə önəmli bir aktyordur"

"Unikal" xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Hadja Lahbib Yunanıstana rəsmi səfəri çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşü zamanı bildirib. 

O, Yunanıstanın Türkiyə ilə mehriban qonşuluq içində olmasının lazım olduğunu bilidirib.  "Türkiyə bənzərsiz bir qonşudur. Bunun fərqində olmalısınız. NATO müttəfiqi və bölgədə önəmli bir aktordur"-deyə vurğulayıb.

Yunanıstan və Türkiyə arasındakı gərginliyə toxunan Lahbib iki ölkəni dialoqa çağıraraq, "Bu gərginliklə mübarizə aparmaq üçün Avropa Birliyi daxilində müsbət yanaşmaya riayət etməliyik. Keçən il razılaşdığımız müsbət gündəm Ankaranın sadiq qalacağı təqdirdə bu yolda qalmaqdır"-deyə bildirib.

Bu müsbət gündəm o deməkdir ki, ölkəmiz ikitərəfli və Avropa səviyyəsində insan və azlıqların hüquqları, konsulluq işləri, terrorizmlə mübarizə, immiqrasiya, iqtisadi və ticari məsələlər, regional və beynəlxalq problemlər xarici terrorçu döyüşçülərlə bağlı çoxsaylı siyasi təmasların və məsləhətləşmələrin davam etdirilməsinə tərəfdardır.

Çıxışında hər kəsin beynəlxalq hüquqa hörmət etməsi lazım olduğunu xatırladan Belçika xarici işlər naziri də Yunanıstana mesaj verərək, münaqişədən qaçınmağa çağıraraq, "İnanırıq ki, hər kəs beynəlxalq hüquqa hörmət etməlidir. Gərginliyin azaldılması və dialoqun həlli üçün yeganə yoldur. Nəyin bahasına olursa olsun münaqişələrdən qaçın".

Gültəkin Ələsgər