Fransanın şimalındakı Lill şəhərində yaşayış evi çöküb.

"Unikal" xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzi meydanının yaxınlığında qeydə alınıb. Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur. Polis hadisə yerini əhatəyə alıb, dağıntılar arasında axtarış aparılır.

Qeyd olunur ki, binanın yaxınlığındakı hoteldə qalan şəxslər təxliyə edilib.

İlkin ehtimallara əsasən, binanın çökməsinə qaz partlayışı səbəb olub.