Noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qətnamə müzakirə olunacağı gün azərbaycanlılar aksiya keçirəcək.

"Unikal" xəbər verir ki, aksiya Fransa Senatının qarşısında baş tutacaq.

Xatırladaq ki, 3 oktyabr 2022-ci il tarixində Fransa Senatında ölkəmizə qarşı qətnamə layihəsi təqdim edilib. Senatın 6 üzvünün hazıarladığı və baxılması 15 noyabr tarixinə təyin edilən qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin "Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək" çağırışı yer alıb, ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilib.