Türkiyənin Sivas bölgəsində ikimərtəbəli taxta restoranda yanğın baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Müəllimlər Parkında qeydə alınan yanğın qısa müddətdə bütün binanı bürüyüb.

Yanğın parkdakı avtomobillərə də keçib. Sivas Bələdiyyəsi Xilasetmə qrupları yanğına müdaxilə edib. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin səbəbi hələ müəyyən edilməyib. 

Ağarza Elçinoğlu