Dünyada 640,156,023 nəfərdə koronavirus aşkarlanıb.

"Unikal" xəbər verir ki, virusdan 6,615,022 xəstə ölüb, 619,737,747 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (99,895,236 nəfər), Hindistan (44,666,377), Fransa (37,100,018), Almaniya (36,033,394) və Braziliyadır (34,954,680).

Sərhəd qonşularımız arasında Rusiyada 21,494,588, Türkiyədə 16,976,729, İranda 7,558,893, Gürcüstanda 1,785,138, Ermənistanda isə 445,397 nəfərdə koronavirus aşkar edilib.

Azərbaycanda koronavirusa yoluxan 823,688 nəfərin 9,961-i ölüb, 813,525 xəstə müalicə olunaraq sağalıb.