"Biz üç gündə İran üzərində hava üstünlüyünə nail olduq".

"Unikal" xəbər verir ki, bunu İsrailin ABŞ-dəki səfiri Yeçiel Leyter deyib. 

O, İsrail-İran müharibəsini Rusiyanın Ukraynaya hücumu ilə müqayisə edib: "Rusiyanın Ukrayna məsələsində üç ildə əldə edə bilmədiyi şeyi biz üç gündə etdik". 

Səfir İranın ərazi və əhali baxımından İsraildən, Rusiyanın isə Ukraynadan böyük olduğunu vurğulayıb. 

Ağarza Elçinoğlu