Ölkədə davam edən xüsusi vəziyyət, eləcə də təcavüzkarın ölkənin rabitə şəbəkəsindən hərbi məqsədlər üçün istifadə etməsi və İran xalqının həyat və əmlakına olan təhlükəni nəzərə alaraq, istifadəçilərin internetə çıxışına müvəqqəti məhdudiyyətlər qoyulur.

"Unikal" İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, ictimai rabitə xidmətlərinə və daxili xidmət platformalarına çıxış təmin edilir.

*** 20:12

İsrailin zərbələrindən sonra İranda internet tamamilə bağlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə NetBlocks internet monitorinq xidməti X sosial şəbəkəsində bildirib.