Ermənistanın Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan nizamlanması müzakirə olunub.Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə baş tutan üçtərəfli görüşünü də müzakirə ediblər.

Bundan sonra, İqor Xovayev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.