Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) iclasında iştirak etmək üçün Minskə getməyəcək.
"Unikal" xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov açıqlayıb.
Onun sözlərinə görə, Paşinyan Aİİ-nin iclasında onlayn formatda iştirak edəcək.
Ermənistanın baş naziri istisna olmaqla, Aİİ üzvü olan ölkələrin digər liderləri (Rusiya, Qazaxıstan, Qırğızıstan) tədbirdə şəxsən iştiraklarını təsdiqləyiblər: "Nikol Paşinyan videobağlantı vasitəsilə forumda uzaqdan iştirak edəcək".
Qeyd edək ki, iyunun 26-27-də Minskdə Avrasiya İqtisadi Forumu keçiriləcək.
Ağarza Elçinoğlu