Braziliyada selfi çəkdirən kişi uçurumdan yıxılaraq ölüb. 

"Unikal" xəbər verir ki, İqor de Oliveyra Rodriqes Diaz 12 metr hündürlüyü olan qayalığın kənarında dayanaraq selfi çəkdirmək istəsə də sürüşərək yıxılıb. Yıxılan zaman braziliyalı başını daşlara dəyib və bu da ölümə səbəb olub.

“Səhər işləmək istədiyi şirkətlə müqavilə bağlamışdı. O, dostu ilə çimərlikdə kiçik əyləncəyə məkanına gedib. Evin tək uşağı olan Diaz oxuyurdu"- deyə mərhumun anası bildirib.

Gültəkin