Aİ -nin  Xarici İşlər və Təhlükəsizlik Siyasəti  üzrə Ali Nümayəndəsi  Josep Borrell xarici işlər nazirlərinə Rusiya Federasiyası ilə uzunmüddətli münasibətlərin müzakirəsi üçün əsas olacaq prinsiplər toplusunun layihəsini təqdim edib.

"Unikal" xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb.

Borrelin sözlərinə görə, ilk növbədə, bu, Rusiya Federasiyasına qarşı beynəlxalq səviyyədə təcrid siyasətini, habelə Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi və həyata keçirilməsini və onlardan yayınmanın qarşısının alınmasını ehtiva edir.

Bundan əvvəl məlum olub ki, ABŞ  Rusiya ilə bağlı sanksiya siyahısına daha 28 hüquqi və 14 fiziki şəxsi əlavə edib .