Avropa İttifaqı (Aİ) Ukraynaya azı səkkiz milyard avro dəyərində silah və hərbi texnika verib.

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

Onun sözlərinə görə, bu məbləğ ABŞ-ın Kiyevə tədarük etdiyi yardımın təxminən 45%-nə bərabərdir.