"Vətən müharibəsi təkcə hərbi meydanda deyil, həm də dövlətlərin siyasi simasını açdığına görə böyük Qələbədir. Fransa Senatının dünənki qərarı da, 2020-ci ilin noyabrın 25-də Qarabağı tanımağa çağıranların 44 günlük müharibədəki məğlubiyyətidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Zahid Oruc deyib. Deputat bildirib ki, dünən Fransa Senatında qərar çıxaranlar İstanbulun mərkəzində qanlı terrorun sifarişçiləri ilə eyni qüvvələrdir.
"Qərbin siyasi riyakarlığına baxın, sabah ölkəmizi insan hüquqları və demokratiya pozuntusunda qınayanları bir daha tanıyın. Ölkəmizə qarşı sanksilayalara çağıranlar avropalıları soyuqdan dondurmağa razıdılar. Avropa dövlətlərində vəzifələrə yerləşən erməni şəbəkəsinə əsaslanıb deyə bilərik ki, Ermənistan kiçik, Fransa böyük Ermənistandır. Biz ermənilərə deməliyik: siz türklərə və azərbaycanlılara xidmət edəndə xilas olursunuz. Biz Fransa parlementinə Şuşada yeni bəyənnamələrlə cavab verməliyik. Çünki bizim müttəfiqlərimiz daha çoxdur".
Anar Kəlbiyev