Milli Məclisin bu gün keçirilən plenar iclasında Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat qəbul edilib.
"Unikal" xəbər verir ki, bəyanatın mətnini deputat Ramin Məmmədov oxuyub.
Daha sonra bəyanat səsverməyə çıxarılaraq qəbul olunub.
***15:16
Milli Məclisdə Fransa Senatında qəbul edilən qətnamə ilə bağlı qəbul ediləcək bəyanatın hazırlanamsı üçün komissiya yaradılıb.
"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib.
Komissiyanın sədri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov təyin edilib.
Komissiyanın üzvləri isə deputatlar - Zahid Oruc, Asim Mollazadə, Sədaqət Vəliyeva, Ramin Məmmədov və Sabir Hacıyev olublar.
***15:03
“Təklif edirəm Fransa Senatında qəbul edilən qətnamə ilə bağlı Milli Məclisin bəyanatını qəbul edək”.
"Unikal" xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasın spiker Sahibə Qafarova deyib.
Spiker qeyd edib ki, Fransanın sön dövrdəki fəaliyyəti ilə bağlı bəyanatın qəbul edilməsi məqsədəuyğun olardı:
MM sədrinin bəyanatın qəbul edilməsi ilə bağlı məsələnin gündəliyə salınması ilə bağlı təklifi qəbul olunub.
Anar Kəlbiyev