"Sərhədlərin delimitasiyası prosesi bir neçə il çəkə bilər və bu səbəbdən Ermənistan Azərbaycanla sülh müqaviləsi əvəzinə çərçivə sazişi imzalamağı nəzərdən keçirir".
"Unikal" Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib.
Baş nazir Paşinyanın sözlərinə görə, sülh müqaviləsinin imzalanması zamanı sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başa çatması real görünmür.
"Bunun üçün İrəvan Ermənistan-Azərbaycan sərhədinin hərbsizləşdirilməsinin, qoşunların qarşılıqlı çıxarılmasından başlamağın və sərhədin müəyyənləşdirilməsində 1990-cı ilin xəritələrinin əsas götürülməsinin tərəfdarıdır. Sonra sərhədçiləri yerləşdiririk və beləliklə bu məsələ bir müddət bağlanır. Sonra çərçivə sənədini imzalayırıq və delimitasiyaya başlayırıq ki, bu da bir ildən çox davam edə bilər", o deyib.Baş nazir Paşinyan deyib ki, çərçivə sazişi ümumiyyətlə, heç bir ciddi təfərrüat, detallar göstərilmədən mövcud vəziyyəti düzəldəcək. "Təcrübə göstərir ki, təfərrüatlara, detallara cəhd etmək danışıqlarda çətinliklərə səbəb ola bilər", o əlavə edib.FHRG6R5YGFD657YER85418:17 16.11.20227