"Müharibə veteranlarının müavinətləri artırılmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, onlara verilən 80 manat artan qiymətlərlə uyğunlaşmır: "Müavinətlər ona görə təyin edilib ki, müharibə veteranları kommunal xərcləri, nəqliyyat xərclərini təmin etsin. Lakin bu gün nəqliyyat xərci də qalxıb, kommunal xərclər də artıb. Amma müharibə veteranlarına verilən müavinətlər qalxmayıb. Bu məsələyə baxmaq lazımdır”.

Anar Kəlbiyev