Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı, coğrafiyaçı alim Nazim Bababəyli vəfat edib.

"Unikal" xəbər verir ki, o, 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Nazim Səfərəli oğlu Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. O, görkəmli coğrafiyaçı alim Səfərəli Babayevin oğlu, BDU-nun hazırkı rektoru Elçin Babayevin isə qardaşıdır.