ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 0,23% azalaraq, 1 barelə görə 88,16 dollar təşkil edib.
"Unikal" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,17% azalaraq, 80,81 dollara bərabər olub.