Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi dövründə prioritetlərindən biri Azərbaycan və Ermənistan arasında münaqişənin həlli olacaq.
"Unikal" xəbər verir ki, o, bunu çərşənbə günü KTMT Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda keçirilən məhdud formatdaki sessiyasında deyib.
“Müəyyən ciddi nüanslar var, amma biz yenidən alovlana biləcək bu münaqişəni indi əsaslı şəkildə həll edə bilərik”, - deyə dövlət başçısı bəyan edib.
Bununla belə, o qeyd edib ki, hadisələrin bu cür inkişafı, ilk növbədə yalnız Ermənistan və təbii ki, Azərbaycan rəhbərliyinin istəyi ilə mümkün olacaq.
“Bu, Belarusun sədrliyinin prioritetlərindən biridir. Biz buna göz yummamalıyıq. Bu problemi həll edə bilsək də, edə bilməsək də, münaqişə KTMT-nin diqqət mərkəzində olmalıdır”, - Lukaşenko vurğulayıb.