"Ağ Ev Rusiya prezidenti Vladimir Putinin aclıq, qorxu və soyuqdan silah kimi istifadə etmək cəhdlərini iyrənc hesab edir". 

"Unikal" xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib.

“Bu adam yeməkdən silah kimi istifadə edir. O, NATO baş katibinin dediyi kimi, yaxınlaşan soyuq havadan istifadə edərək Ukrayna xalqını diz çökdürməyə çalışır", - Kirbi bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası qış şəraitində lazım olan enerji və su ehtiyatları ilə bağlı mülki infrastruktura hücum edir.

Kirbi həmçinin,  ABŞ döyüş meydanında uğur qazanmaq üçün Ukraynanı silah və təlim xidmətləri ilə təmin etməyə davam edəcəyini açıqlayıb. 

Gülayə Mecid